“Barselona” Levandovskiyə görə peşman olub

Robert Levandovskinin ayrılığı “Barselona” rəhbərliyində peşmançılıq yaradıb.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, Kataloniya klubu 37 yaşlı hücumçunu buraxmaq qərarından sonra gözlənilməz çətinliklərlə üzləşib.

Belə ki, klub rəhbərliyi mayda yeni mərkəz hücumçusu transfer etməyin asan olacağını düşünürdü. Ancaq Xulian Alvares (“Atletiko”) və Joao Pedronun (“Çelsi”) transferi istiqamətində aparılan danışıqlar gözlənildiyindən daha mürəkkəb alınıb.

Levandovski 2022-2026-cı illərdə “Barselona”nın formasını geyinib. O, bu müddətdə 193 oyunda meydana çıxaraq, 120 qol vurub və 24 məhsuldar ötürmə verib.

Polşalı forvardın hazırda karyerasını MLS-də davam etdirməsi gözlənilir. Onunla “Çikaqo Fayr”ın maraqlandığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button