Kapello: “Milan”ın Amorimlə əməkdaşlığı hər iki tərəf üçün qumardır”

“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello, klubun Ruben Amorimlə mümkün əməkdaşlığına ehtiyatla yanaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı mütəxəssisin İtaliya futboluna uyğunlaşmasının asan olmayacağını söyləyib:

“Bunu deyə bilərəm ki, bu, hər iki tərəf üçün bir qumardır. Risk çox böyükdür. O, İtaliya liqasını heç tanımır. Bir neçə aydan sonra görəcəyik. Uğur qazanmaq istəyirsə, iddialı olmalı və vaxt qazanmalıdır”.

Ruben Amorim daha əvvəl “Mançester Yunayted”i çalışdırıb və bu ilin yanvarında vəzifəsindən ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button