
“Bayern” 55 milyon avroluq transferi bitirməyə yaxındır
“Bayern” PSV-nin yarımmüdafiəçisi İsmael Saibarinin transferini rəsmiləşdirməyə yaxındır.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, tərəflər artıq transfer şərtləri üzrə razılığa gəliblər. Sözləşmənin bonuslarla birlikdə 55 milyon avro dəyərində olacağı bildirilir.
Bununla belə, mərakeşli oyunçunun hələ də şəxsi müqavilə detallarını razılaşdırması və daha sonra tibbi müayinədən keçməsi gözlənilir. Yalnız bundan sonra transfer rəsmiləşəcək.
“Transfermarkt” portalı Saibarinin bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir. 25 yaşlı futbolçu ötən mövsümdə PSV forması ilə 37 oyunda meydana çıxıb, 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin, Mərakeş millisinin Braziliyaya qarşı keçirilən DÇ-2026 oyununda (1:1) qol müəllifi olub.
Bizi Facebook-da izləyin



