DÇ-2026-da ilk istefa

Tunis yığmasının baş məşqçisi Sabri Lamuşi dünya çempionatının qrup mərhələsinin start matçında komandasının İsveçə məğlubiyyətindən sonra postundan uzaqlaşdırılıb.

Komanda.az xəbər verir ki, bu barədə jurnalist Romen Molina sosial şəbəkədə məlumat yayıb.

Jurnalist qeyd edib ki, dünya çempionatı tarixində yığmanın məşqçisi turnirin start turundan sonra işdən çıxarılması ilk haldır.

Meksikanın Qvadalupe şəhərindəki “BBVA” stadionunda baş tutan görüş 5:1 hesabı ilə başa çatıb.

54 yaşlı mütəxəssis 2026-cı ilin yanvarından yığmaya rəhbərlik edirdi. Onun müqaviləsi 2028-ci ilin iyuluna qədər nəzərdə tutulmuşdu. Əvvəllər fransalı mütəxəssis “Ər-Riyad”, “Kardiff Siti”, “Nottingem Forest”, “Renn”, “Əl-Ceyş”də və Fil Dişi Sahili milli komandasında işləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button