“Fiorentina”nın yeni baş məşqçisi bəlli oldu

“Fiorentina” Fabio Qrossonu komandanın baş məşqçisi təyin edib.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytındakı məlumatda deyilir.

Qeyd olunur ki, mütəxəssislə müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Ötən mövsümün yekunlarına əsasən “Fiorentina” A Seriyasının turnir cədvəlində 15-ci yeri tutub. Bu üzdən də Florensiya təmsilçisi mövsüm bitən kimi baş məşqçisi Paolo Vanoli ilə yollarını ayırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button