Baxşıyev keçmiş klubunda baş verənlər haqda: “Qərar rəhbərliyindir”

“Araz-Naxçıvan” rəhbərliyi Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün gedişində yaşanan uğursuz nəticələr fonunda dəyişikliyə getməyə məcbur qaldı. Mövsümün gedişində komandanın zəif çıxışı əsas gətirilərək, baş məşqçi Elmar Baxşıyevlə yollar ayrıldı və onun yerinə ukraynalı mütəxəssis Andrey Demçenko gətirildi. Ancaq gözlənilən yüksəliş baş vermədi. Əksinə, komandanın nəticələri daha da zəiflədi və mövsümün sonunda rəhbərlik Demçenko ilə də əməkdaşlığa son qoydu.

Məsələ ilə bağlı Baxşıyevin fikrini öyrənmək istəsək də, mütəxəssis bu mövzuda danışmağa həvəsli olmadı:

“Qərar rəhbərliyindir, mənim fikir bildirməyim önəmli deyil. Sadəcə uğurlar arzulayıram”.

“Araz-Naxçıvan” ötən mövsüm Premyer Liqanı 46 xalla turnir cədvəlinin 6-cı pilləsində başa vurub.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button