Rəqibi Peresi Alonsonu qovduğu üçün günahlandırdı

“Real”ın qarşıdan gələn prezident seçkilərində əsas namizədlərdən biri olan Enrike Rikelme, rəqibi Florentino Peresin əsas səhvini söyləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Peresin baş məşqçi Xabi Alonsonu qovmasının səhv qərar olduğunu deyib:

“Alonso “Real” üçün əla məşqçi, əsl madridli idi. Qalsaydı, mövsüm tamamilə fərqli ola bilərdi”.

Xabi Alonso yanvar ayında vəzifəsindən azad edilib və onun yerinə Alvaro Arbeloa təyin edilib. Lakin baş məşqçi dəyişikliyi komandanın nəticələrini yaxşılaşdırmayıb, Madrid klubu mövsümü kuboksuz başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button