Ukraynalı futbolçu “Borussiya”da – Rəsmi

Ukrayna millisinin və Donetsk “Şaxtyor”unun müdafiəçisi Yefim Konoplya karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

26 yaşlı futbolçunun yeni klubu Münhenqladbax “Borussiya”sı olub.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər müddəti 2029-cu ilin ortalarına qədər nəzərdə tutulan müqavilə imzalayıblar.

Ukraynalı müdafiəçi “Şaxtyor”un yetirməsidir. O, Ukrayna millisinin heyətində keçirdiyi 27 oyunda 2 qolla yadda qalıb.

Münhenqladbax təmsilçisi ötən mövsüm Bundesliqanı 38 xalla turnir cədvəlinin 12-ci pilləsində başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button