“Bayer” avstriyalı məşqçi ilə danışıqlara başlayıb

Leverkuzen “Bayer”i baş məşqçi postu üçün avstriyalı mütəxəssis Oliver Qlasnerlə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya təmsilçisi 51 yaşlı çalışdırıcı ilə ilkin təmas qurub və mümkün əməkdaşlıq variantını müzakirə edir.

Daha əvvəl Qlasnerin mövsüm başa çatdıqdan sonra “Kristal Pelas”dan (İngiltərə) ayrılacağı açıqlanmışdı. O, London təmsilçisi ilə İngiltərə kubokunu (2024/25), ölkə superkubokunu (2025) və Konfrans Liqasını (2025/26) qazanıb.

“Bayer” isə 2025/26 mövsümünü Bundesliqada 59 xalla turnir cədvəlinin 6-cı pilləsində tamamlayıb və növbəti mövsümdə Avropa Liqasında çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button