Portuqaliyalı müdafiəçi “Real”da oynamaq istəyir

Portuqaliya millisinin və “Mançester Siti”nin müdafiəçisi Ruben Diaş yayda komandasını dəyişə bilər.

Komanda.az “El Debate”-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını “Real”da davam etdirmək qərarına gəlib. Daha əvvəl “kral klubu”nun onunla maraqlandığı bildirilirdi.

Diaşın “Mançester Siti” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalı onun bazar dəyərini 60 milyon avro olaraq qiymətləndirir.

Portuqaliyalı müdafiəçi son mövsümdə İngiltərə Premyer Liqasında 26 oyunda meydana çıxıb, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button