
“Gələcəyim Allahın əlindədir”
“Arsenal”ın hücumçusu Qabriel Jesus komandadakı gələcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, hazırda əsas məqsədinin daha çox oyun praktikası qazanmaq və hələ də ən yüksək səviyyədə çıxış edə bildiyini sübut etmək olduğunu söyləyib:
“Gələcəyim barədə çox danışılır və düzünü desəm, mövcud vəziyyəti qəbul etmək mənim üçün asan deyil. Mən inkişaf etmək və komandama kömək etmək istəyirəm. Hazırda bütün diqqətimi işimə yönəltmişəm. Gələcəyim Allahın əlindədir”.
29 yaşlı futbolçu son dönəmlərdə “topçular”ın əsas heyətində yer almaqda çətinlik çəkir. Müqaviləsinin müddəti gələn il başa çatacağı üçün klubun qarşıdakı transfer pəncərəsində braziliyalı hücumçu ilə yollarını ayıra biləcəyi ehtimal olunur.
“Arsenal” bu mövsüm İngiltərə çempionu olub.
Bizi Facebook-da izləyin



