
“Atletiko”nun Alvaresi saxlaması çətin görünür
“Atletiko”nun hücumçusu Xulian Alvares artıq bu yay klubunu dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı forvard Madrid təmsilçisinin rəhbərliyi ilə yeni müqavilə barədə hələ konkret danışıqlar aparmır.
Bildirilir ki, futbolçu ilə PSJ, “Barselona” və İngiltərə Premyer Liqasının bir neçə klubu maraqlanır. Mənbənin iddiasına əsasən, ciddi təkliflər olacağı halda, “Atletiko”nun onu komandada saxlaması çətin olacaq.
Alvares Madrid klubuna 2024-cü ilin yayında “Mançester Siti”dən transfer olunub.
26 yaşlı forvard cari mövsümdə 49 oyunda meydana çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



