
“Sumqayıt” İliçlə vidalaşdı – Rəsmi
“Sumqayıt” baş məşqçisi Saşa İliçlə vidalaşıb.
Komanda.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisi məlumat yayıb.
Mütəxəssisin müqaviləsinin müddətinin baş çatdığı bildirilib.
“Kimyaçılar” serbiyalı baş məşqçiyə gələcək karyerasında uğurlar arzulayıb.
“Sumqayıt” 2025/2026 mövsümünü Premyer Liqada 41 xalla yeddinci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



