
Qasperini keçmiş futbolçusunu komandasına gətirmək istəyir
Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun yarımmüdafiəçisi Frank Kessyenin yenidən İtaliya A Seriyasına qayıda biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fil Dişi Sahilindən olan futbolçuya əsas namizəd kimi “Yuventus” göstərilirdi. Ancaq son məlumatlara əsasən, hazırda onun üçün ən real variantın “Roma” olduğu bildirilir.
Məsələ burasındadır ki, “Roma”nın baş məşqçisi Can Pyero Qasperini Kessyenin performansına yaxından bələddir. İtaliyalı mütəxəssis onunla “Atalanta”da birlikdə çalışıb və onu yenidən komandasında görmək istəyir.
Bununla belə, transferin qarşısındakı əsas maneənin Kessyenin maliyyə tələbləri olduğu vurğulanır. Hazırda Yaxın Şərqdə yüksək maaş alan 29 yaşlı yarımmüdafiəçi Avropaya qayıtmaq naminə ciddi güzəştə getməyə hazır deyil.
Kessye İtaliyada çıxış etdiyi dövrdə həm “Atalanta”, həm də “Milan”la uğurlu performans sərgiləyib və “qırmızı-qaralar”la ölkə çempionu olub.
Bizi Facebook-da izləyin



