“Neftçi” Konfrans Liqasında!

Mayın 15-də Azərbaycan Premyer Liqasında 32-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olub. Tura Yevlaxda start verilib. Autsayder “Karvan-Yevlax” “Qəbələ”ni qəbul edib. Üç qolluq görüşdə qonaqlar qalib gəliblər.

Günün son oyununda “Araz-Naxçıvan” “Kəpəz”lə görüşüb. Naxçıvan təmsilçisi inamlı qələbəyə sevinib.

Dünən daha iki oyun keçirilib. “Turan Tovuz” Şamaxıda eyniadlı komandanın qonağı olub. Meydan sahibləri yekunda çətin qələbəyə seviniblər.

“Qarabağ” isə bu tur “İmişli” ilə qarşılaşıb və darmadağınla qalib gəlib.

Turun qalan oyunları bu gün keçirilib. Hər iki matçda UEFA Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparan komandalar meydana çıxıb. “Zirə” doğma meydanda “Sumqayıt”la görüşüb. “Neftçi” isə yeni çempion “Sabah”ın qonağı olub. “Neftçi” və “Zirə” rəqiblərinə qalib gəliblər. Bununla da, sona bir tur qalmış xallarının sayını 56-ya çatdıran “Neftçi” Konfrans Liqasına vəsiqəni təmin edib.

Azərbaycan Premyer Liqası, 32-ci tur

15 may

Karvan Yevlax – Qəbələ 1:2
Qollar
: Olavale Doyeni, 54 – İbrahim Sanqare, 56. Domi Massumu, 67.
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Vüqar Həsənli.
VAR: Rauf Cabarov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Yevlax şəhər stadionu

Karvan-Yevlax: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 17. Samir Abdullayev 16. Rauf Rüstəmli 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 18. Süleyman Əhmədov 14. Uğur Cahangirov 77. Əli Abdullayev 8. Peter Kings 10. Samuel Durrant
Baş məşqçi: Füzuli Məmmədov
Qəbələ: 93. Rza Cəfərov 28. Murad Musayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 33. Seydina Keyta 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 6. Xayme Syerra 14. Domi Massumo
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 94. Həbib Hüşənov 22. Fərid İsgəndərov 26. Elnur Mustafayev 21. Ziya Şəkərxanov 3. Eduardo Kunde 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze

Araz-Naxçıvan – Kəpəz 2:0
Qollar
: Patrik Andrade, 36. Ramon Maçado, 76.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov.
VAR: Əkbər Əhmədov.
AVAR: Tural Qurbanov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“SOCAR Polymer Arena”

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 34. Ürfan Abbasov (k), 4. Rahil Məmmədov, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 23. Nuno Rodriqes, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 8. Coşqun Diniyev, 92. İbrahim İsmayılov, 33. Elmir Cəfərov, 16. Ramon Maçado, 70. Çarlz Boli, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.

Kəpəz: 22. Məmməd Hüseynov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 11. Rəhman Hacıyev, 29. Dioqo Verdaska (k), 12. Mahamadu Ba, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 33. Yusif İmanov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov, 24. Olavale Onanuqa, 14. Adama Fofana.
Baş məşqçi: Azər Bağırov.

16 may

Şamaxı – Turan Tovuz 3:2
Qollar: Arsen Ağcabəyov, 9. Dioqo Balau, 28. Abdulla Rzayev, 83 – İbrahima Vadji, 65. Alexandro Serrano, 73.
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu

Şamaxı: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 48. Ramiz Muradov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 10. Andrey Tirkoveanu 88. Rodriqo Fernandeş 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

Turan Tovuz: 41. Sergey Samok 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 6. Fərid Yusifli 99. Vadji İbrahima 19. Roberto Olabe 8. David Tavareş 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdıyev

Qarabağ – İmişli 3:0
Qollar
: Kamilo Duran, 46. Marko Yankoviç, 66. Adullah Zubir, 78.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Rəhman İmami, Nicat İsmayıllı.
VAR: Əliyar Ağayev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu

Qarabağ: 99. Mateus Koxalski 27. Toral Bayramov 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 32. Hikmət Cəbrayılzadə 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

İmişli: 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 94. Rafael Vieqaş 29. Edvin Banquera 79. Dioqo Kardozu 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 90. Riad Abbaszadə 97. Xəzər Mahmudov 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 6. Yau Mozes
Baş məşqçi: Jorj Kaşkilya

17 may

Zirə – Sumqayıt 2:1
Qollar
: Ruan Renato, 19-pen; 90+8-pen – Aleksandr Ramalinqom, 45.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Zirə İdman Kompleksinin stadionu

Zirə: 97. Tiaqo Silva, 73. Anatoli Nuriyev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 4. Ruan Renato, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 11. Junior Martins, 22. Eren Aydın
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 7. Rövlan Muradov, 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 26. Stefan Aka, 9. Davit Volkov, 93. Brahim Konate, 17. Ayron Qomis, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Sumqayıt: 22. Xəyal Fərzullayev (k), 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 33. Danilo Beskorovaynıy, 23. Ronaldo Vaskez, 95. Nsana Simon, 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 9. Aleksandr Ramalinqom, 6. Sedrik Badolo
Məşqçi: Veliçko Kaplanoviç

Sabah – Neftçi 1:2
Qollar
: Aleksey İsayev, 3 – Andrey Ştoqrin, 9. İfeanyi Metyu, 70.
Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Bank Respublika Arena”

Sabah: 55. Nicat Mehbalıyev 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 2. Amin Seydiyev (k) 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 11. Kahim Parris 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos
Ehtiyat oyunçular: 92. Stas Pokatilov 94. Rəvan Mirzəmmədov 89. Cəfər Muxtarov 20. Coy Lens Mikels 21. Velko Simiç 80. Akim Zedadka 3. Stiv Solvet 70. Cesse Sekidika 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 19. Aron Maluda 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas

Neftçi: 1. Emil Balayev 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 6. Sessi Dalmeyda 24. Mustafa Sek 5. İqor Ribeyro 70. Andrey Ştoqrin 11. İmad Faraj 10. Freddi Varqas
Ehtiyat oyunçular: 13. Kenan Piriç 91. Nurəziz Əzizov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyamskiy 45. Vensan Abubakar 14. Edvin Kuç 18. İfeanyi Metyu 9. Bassala Sambu 33. Breno Almeyda 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button