
Runi: “Arsenal” çempionluğu qazanacaq”
“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi Premyer Liqa çempionluğu ilə bağlı proqnozunu bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli sabiq forvard üstünlüyü “Arsenal”a verib:
“Düşünürəm ki, “Arsenal” çempionluğu qazanacaq. “Mançester Siti”yə qarşı başa-baş məğlubiyyətdən sonra belə hiss etdim. “Arsenal”ın daha əlverişli qrafiki var, onlar qalan bütün oyunlarda çox rahat qalib gələ bilərlər. “Mançester Siti”yə gəldikdə isə, onların xal itirəcəyini asanlıqla görə bilərəm, bəlkə də, bir və ya iki dəfə. “Arsenal”ın sonda beş xal öndə olacağını proqnozlaşdırardım, amma bu, sadəcə mənim fikrimdir”.
“Arsenal” son oyunda “Fulhem”i 3:0 hesabıyla məğlub edərək, “Mançester Siti” üzərindəki üstünlüyünü 6 xala çatdırıb. “Şəhərlilər” mayın 4-də “Everton”la qarşılaşacaq.
Bizi Facebook-da izləyin



