
“Çelsi” və “Atletiko”un hədəfindəki bombardir
“Brentford”un hücumçusu İqor Tiaqo Avropanın top-klublarının diqqət mərkəzinə düşüb.
24 yaşlı forvard hazırda Premyer Liqanın bombardirlər siyahısında 21 qolla ikinci pillədə qərarlaşıb və “Mançester Siti”nin hücumçusu Erlinq Halanddan geri qalır.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə bağlı artıq “Çelsi” və “Atletiko” rəsmi maraq göstərib. Gözlənilir ki, “Brentford” oyunçusu üçün təxminən 90 milyon avro tələb edəcək.
Tiaqo “Brentford”a 2024-cü ilin yayında, Belçika “Brügge”sindən 33 milyon avroya transfer olunub. O, cari mövsümdə bütün turnirlərdə 36 oyuna çıxıb, 24 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



