
“Karvan-Yevlax” yarışdan kənarlaşdırıldı, baş məşqçisinə 6 aylıq cəza verildi
AFFA U-10 Liqasında çıxış edən “Karvan-Yevlax” yarışdan kənarlaşdırılıb, baş məşqçisinin 6 ay müddətinə futbola aid istənilən fəaliyyətdə iştirakı qadağan edilib.
Komanda.az əbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Bildirilib ki, U-10 Liqasında iştirak edən “Karvan-Yexlax” SUHB komandasına məxsus futbolçunu müxtəlif oyunlarda ən azı 3 dəfə öz heyətinə cəlb etdiyinə görə 0:3 hesablı texniki məğlubiyyət alıb və bölgə təmsilçisi yarışlardan kənarlaşdırılıb.
Komandanın baş məşqçisi Oqtay Əlizadənin 6 ay müddətinə futbola aid istənilən fəaliyyətdə iştirak etməsi qadağan edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



