
“Mançester Yunayted”dən “Barselona”ya ultimatum
“Barselona” “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu daimi əsasda transfer etməkdə maraqlıdır. İngiltərəli futbolçu cari mövsümü “Barsa”da icarə əsasında keçirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu Reşfordun transfer hüquqlarını daimi olaraq almağı planlaşdırır. Ancaq “qırmızı şeytanlar” qarşı tərəfə ultimatum verib.
“Mançester Yunayted” Reşfordun transferi üçün 30 milyon avro tələb edir. “Barselona” bu məbləği ödəməsə, futbolçu mövsümün sonunda İngiltərəyə qayıdacaq.
28 yaşlı forvard cari mövsümdə 43 oyunda iştirak edib, 12 qol vurub və 13 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



