ÇL: “Barselona”nın haqqı yeyilib?

İspaniyalı sabiq futbol hakimi Andujar Oliver UEFA Çempionlar Liqasının 1/4 finalında baş verən mübahisəli epizodu şərh edib.

Söhbət “Atletiko”nun qapıçısı Xuan Musso ilə “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes arasında yaşanan toqquşmadan gedir.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Oliver, hakimin bu epizodda penalti təyin etməli olduğunu bildirib:

“Qapıçının pis niyyəti olub-olmamasının fərqi yoxdur. Bu, 11 metrlik zərbədir. Musso irəli çıxaraq “Barselona” oyunçusuna zərbə endirdi”.

Kataloniyalılar səfərdə 2:1 hesablı qələbə qazansalar da, ilk oyundakı nəticəyə görə mərhələ adlaya bilməyiblər. Dieqo Simeonenin komandası iki oyunun cəmində 3:2 hesabı ilə üstün olaraq yarımfinala yüksəlib.

“Atletiko” finala gedən yolda “Arsenal” – “Sportinq” cütünün qalibi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button