İspaniyalı futbolçu günəşdən qoruyucu kremlərə qarşı çıxıb

“Atletiko”nun yarımmüdafiəçisi Markos Llorente sosial mediada günəşdən qoruyucu kremlərə qarşı çıxdığını bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu günəş şüalarının bədən üçün zərərli olduğu nəzəriyyəsinə inanmadığını və bu cür tədqiqatlar aparan alimlərə etibar etmədiyini söyləyib:

“Günəş milyonlarla ildir mövcuddur. Siz nə qədər müddətdir mövcudsuz? İndi isə insanlar problemin günəşdə olduğunu iddia edirlər. Günəşin xəstəlik yaratmadığını sübut etməli olan günəş deyil, onu tənqid edənlərdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button