
“Real”ın futbolçusu model sevgilisindən ayrılıb
“Real”ın müdafiəçisi Trent Aleksander-Arnold şəxsi həyatı ilə gündəmə gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu model Estelle Benke ilə münasibətlərinə son qoyub.
Cütlük 18 ay birlikdə olub. Ayrılıq qərarının qarşılıqlı razılıq əsasında verildiyi bildirilir. Model artıq futbolçunu sosial şəbəkədə izləmədən çıxarsa da, tərəflər arasında münasibətlərin korlanmadığı və onların dost kimi qaldığı qeyd olunur.
Aleksander-Arnoldun “Real”la müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir. O, cari mövsümdə İspaniya çempionatında 13 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



