
ÇL: “Komanda öz oyununu oynamadı” – “Budo-Qlimt”in baş məşqçisi
“Budo-Qlimt”in baş məşqçisi Kjetil Knutsen UEFA Çempionlar Liqasının 1/8 finalının cavab oyununda “Sportinq”ə məğlubiyyəti (0:5) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyun haqda bunları deyib:
“Komanda öz oyununu oynamadı. Oyunçular ilk oyunun nəticəsinə diqqət yetirirdilər. Lakin rəqib meydana yalnız qələbə haqqında düşünərək çıxmışdı. Bu matçda futbolumuza xas keyfiyyətlərdən çox az nəsə var idi”.
“Sportinq” Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



