“İki xal itirdik” – Azər Bağırov

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində səfərdə “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçə barədə bunları söyləyib:

“Azarkeşlərimizə təşəkkür edirəm ki, sona qədər komandanın yanında oldular. Yaxşı və pis günümüzdə yanımızda olmalarını istəyirəm. Əsl azarkeşlər dar gündə tanınır. Matça gəldikdə, yaxşı komandaya qarşı oynadıq. “Zirə”də illərin oturuşmuş heyəti var. Rəqibin güclü tərəflərini futbolçulara demişdik. Maraqlı oyun alındı. İlk 10 dəqiqə bizim üçün yaxşı olmadı. 10-cu dəqiqədən sonra toparlandıq. Daha dəqiq oynamağı bacarsaydıq, sonuncu dəqiqədə qələbəni əldən verməzdik. Son saniyələrdə qol buraxdığımızı nəzərə alsaq, mənə elə gəlir ki, biz iki xal itirdik. Əfsuslar olsun. Önümüzə baxacağıq. Qarşıda çətin oyunlarımız var. “Zirə”yə uğurlar arzulayıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button