
Messi Trampla görüşdü
Argentina millisinin və “İnter Mayami”nin futbolçusu Lionel Messi ABŞ prezidenti Donald Trampla görüşüb.
Komanda.az xəbər verir ki, 38 yaşlı hücumçu komandasının Ağ Evdə keçirilən rəsmi qəbul mərasimində iştirak edib. Messi tədbir zalına Donald Trampla birlikdə daxil olub.
Tramp, görüşdə çıxış edən futbolçulara belə bir sual ünvanlayıb: “Pele güclüdür, yoxsa Messi?”
Messi 2025-ci ildə “İnter Mayami”nin heyətində MLS kubokunu qazanıb və komanda MLS-in Şərq Konfransının qalibi olub. O, 2023-cü ildən ABŞ təmsilçisində oynayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



