
“Neftçi”nin oyununa 3 min bilet satılıb
“Neftçi” Premyer Liqanın 23-cü turunda “Turan Tovuz”u qəbul edəcək.
Komanda.az xəbər verir ki, martın 9-da, “Palms Sports Arena”da keçiriləcək oyun üçün bilet satışı davam edir.
Paytaxt klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, oyuna artıq 3000 bilet satılıb.
“Neftçi” – “Turan Tovuz” oyunu saat 20:30-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



