Gürcü futbolçu narazıdır

Gürcüstan millisinin və “Liverpul”un qapıçısı Georgi Mamardaşvili klubundakı mövqeyindən narazıdır.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, 25 yaşlı qolkiper Mersisayd təmsilçisində ehtiyat oyunçu rolundan razı deyil.

Mamardaşvili yay transfer dövründə klubunu dəyişməyə hazırdır və növbəti mövsüm üçün icarə variantlarını nəzərdən keçirməyi planlaşdırır.

Gürcü futbolçunun “qırmızılar”la müqaviləsinin müddəti 2031-ci ilin ortalarına qədərdir. Onun bazar dəyəri 28 milyon avro civarında qiymətləndirilir.

O, cari mövsümdə 11 oyunda meydana çıxıb, 17 qol buraxıb, üç matçda isə qapısını toxunulmaz saxlamağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button