Qurbanov “Nyukasl”la matçdan əvvəl Bakıda mətbuat önünə çıxacaq

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Nyukasl”la matçından öncə təşkil olunacaq mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Bakıda baş tutacaq. 

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisinin media nümayəndələri üçün açıq məşqi fevralın 22-də, saat 20:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Komandanın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə fevralın 23-də, saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-də İngiltərədə, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button