“Napoli” İngiltərəyə dönmək istəyən futbolçusu ilə danışıqlara başlayıb

“Napoli” yarımmüdafiəçisi Skott Maktomineylə müqavilənin müddətini uzatmaqda maraqlıdır.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, Neapol klubu şotlandiyalı futbolçu ilə danışıqlara başlayıb. İtalyanlar onunla müddəti 2030-cu ilin ortalarına qədər olan müqavilə imzalamaq istəyirlər.

Daha əvvəl mətbuatda “Arsenal”ın və “Mançester Yunayted”in maraq göstərdiyi Maktomineyin Premyer Liqaya qayıtmaq istədiyi bildirilirdi.

29 yaşlı yarımmüdafiəçinin “Napoli” ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button