“Marsel”in baş məşqçi postuna əsas namizəd odur

“Marsel” Roberto de Zerbinin istefasından sonra baş məşqçi postu üçün namizəd axtarışını davam etdirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, əsas namizədlərdən biri hazırda “Əl-İttihad”ı çalışdıran portuqaliyalı mütəxəssis Serjio Konseysaodur.

Hələlik tərəflər arasında rəsmi danışıqlara başlanılmayıb. Bununla belə, Fransa klubunun rəhbərliyi 2024-cü ildə də Konseysaonu komandaya gətirmək istəyib və uzun müddətdir onun fəaliyyətini izləyir. Mütəxəssisin “Əl-İttihad”la müqaviləsində 4,5 milyon avro məbləğində təzminat (sərbəstqalma) maddəsi var.

“Marsel” hazırda Fransa çempionatında 21 turdan sonra 39 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button