“Beşiktaş” “İnter”in oyunçusunu icarəyə götürür

“İnter”in yarımmüdafiəçisi Kristian Asllani karyerasını Türkiyə Super Liqasında davam etdirməyə hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun yeni komandası “Beşiktaş” olacaq.

Asllani “Beşiktaş”la 2025/26 mövsümünün sonuna qədər icarə müqaviləsi imzalayacaq. Razılaşmada onun sonradan tam transfer olunması üçün satınalma şərti da yer alacaq.

Albaniyalı futbolçu mövsümün ilk yarısında icarə əsasında “Torino”nun formasını geyinib və A Seriyasında 15 oyunda meydana çıxıb.

“Beşiktaş” hazırda Türkiyə Super Liqasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button