“Çelsi”nin müdafiəçisinin iki “elçi”si var

“Çelsi”nin müdafiəçisi Aksel Disasi qış transfer pəncərəsində komandadan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə iki klub maraqlanır.

Disasi “Vest Hem”in maraq dairəsinə düşüb və artıq “Çelsi” rəhbərliyi ilə danışıqlara başlanılıb. Ona həmçinin, İtaliyadan da maraq var. O “Fiorentina”nın müdafiə xətti üçün prioritet hədəfdir.

Fransalı futbolçu cari mövsümdə 3 oyuna çıxıb və fərqlənə bilməyib. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button