“Artıq futbol oynamaq istəmirdim”

“Mançester Yunayted”in mərkəz müdafiəçisi Lisandro Martines zədədən sağalarkən üzləşdiyi çətinliklərdən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“İlk iki-üç həftəlik reabilitasiyadan sonra artıq futbol oynamaq istəmirdim. Əvvəlcə ayaq zədəm, sonra isə diz zədəm var idi. Həmin an öz-özümə dedim ki, “artıq oynamaq haqqında eşitmək istəmirəm”.

Argentinalı futbolçu 2025-ci ilin əvvəllərində çarpaz bağının yırtılması səbəbindən sıradan çıxıb və yalnız noyabr ayında meydana qayıda bilib. O, bu mövsüm “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 10 dəfə meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button