Qol vurdu, meydanı göz yaşları ilə tərk etdi

“Roma”nın hücumçusu Artem Dovbik İtaliya A Seriyasında “Leççe”yə qarşı keçirilən dünənki oyunda iştirak edib.

Ukraynalı futbolçu qarşılaşmanın 60-cı dəqiqəsində əvəzetmədən meydana daxil olsa da, zədə səbəbindən matçı sona qədər davam etdirə bilməyib və 86-cı dəqiqədə yenidən əvəzlənib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ehtiyat oyunçular oturacağına qayıdan Dovbik emosiyalarına hakim olmayaraq, göz yaşlarını saxlaya bilməyib.

28 yaşlı forvard bundan əvvəl zədə səbəbindən təxminən iki ay yaşıl meydanlardan kənarda qalıb. Bütün bunlara baxmayaraq, o, dünənki oyunda fərqlənməyi bacarıb. Onun vurduğu qol “Roma”ya səfərdə 2:0 hesablı qələbə qazandırıb.

Dovbik cari mövsümdə A Seriyasında 13 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button