
“Çelsi” italiyalı futbolçunu almağı planlaşdırır
“Çelsi” “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali ilə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu italiyalı futbolçunu bu qış deyil, gələn yay almağı planlaşdırır. Lakin “Nyukasl” oyunçunu komandada saxlamağı düşünür.
Tonali bu mövsüm bütün yarışlarda 24 oyunda meydana çıxıb və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



