
“Haland məni “Mançester Siti”yə qoşulmağa razı salmaq üçün uzun müddət çalışıb”
“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma komandanın hücumçusu Erlinq Halandın onu kluba qoşulmağa təşviq etdiyini söyləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı qolkiper bunu deyib:
“Haland məni “Mançester Siti”yə qoşulmağa razı salmaq üçün uzun müddət çalışıb. Bu kluba qoşulmaqdan və Pep Qvardiolanın rəhbərliyi altında oynamaqdan məmnunam”.
Donnarumma yay transfer dövründə 35 milyon avroya Fransanın PSJ klubundan “Mançester Siti”yə transfer olunub. 26 yaşlı qolkiper “şəhərlilər”lə 2030-cu ilin ortalarına qədər olan uzunmüddətli müqavilə imzalayıb. O, bu mövsüm Premyer Liqada 14 oyunda meydana çıxıb və 12 top buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



