“Turan Tovuz”un hədəfindədir – Belaruslu qapıçı

“Turan Tovuz” “İmişli”nin qapıçısı Andrey Sinenka ilə maraqlanır.

Komanda.az-ın əldə etdiyi məlumata görə, Tovuz təmsilçisi qarşıdakı transfer pəncərələrinin birində belaruslu qolkiperi heyətinə qatmağa çalışacaq.

28 yaşlı futbolçu 2024-cü ildən “İmişli”nin formasını geyinir.

“Turan Tovuz” Azərbaycan Premyer Liqasında keçirdiyi 13 oyundan sonra 24 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button