AFFA-dan hakimi təhqir edən məşqçiyə 4 oyunluq cəza

Əvəzedicilər Liqasında çıxış edən “Şamaxı-2” komandasının məşqçisi Yaşar Abuzərov 4 oyunluq cəza alıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi (İK) qərar çıxarıb.

Buna mütəxəssisin 12-ci turda “Zirə-2” ilə matçda hakimi təhqir etməsi səbəb olub.

Məşqçi birbaşa qırmızı vərəqə alıb. İK bu səbəbdən bölgə təmsilçisinə 1000 manat cərimə tətbiq edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button