“Qarabağ”ın rəqibinin futbolçusunun üç “elçi”si var

“Liverpul”un hücumçusu Federiko Kyezaya transfer bazarında böyük təlabat var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı oyunçunu İspaniyadan bir, İtaliyadan isə iki klub heyətinə qatmaq istəyir.

Kyeza isə hazırda Mersisayd təmsilçisini tərk etmək niyyətində deyil və karyerasını İngiltərə klubunda davam etdirməyi planlaşdırır. Onun “qırmızılar”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

İtaliyalı futbolçu cari mövsümdə 15 oyunda iştirak edib, 5 qol vurub. Onun əvvəlki klubu “Yuventus” olub.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button