
“Barselona” Rafinyanı əvəz edəcək futbolçunu seçib
“Barselona” “Mançester Siti”nin vingeri Savionu (Savinyo) transfer siyahısına daxil edib.
Kataloniya klubunun idman direktoru Deku 21 yaşlı futbolçunu gələn il komandadan ayrılması mümkün olan Rafinya Diasın ən uyğun əvəzedicisi kimi görür.
Komanda.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Rafinyaya Səudiyyə Ərəbistanından real marağın olduğu bildirilir. “Barselona”nın mövcud maliyyə çətinlikləri nəzərə alınarsa, sərfəli təklif gəldiyi halda satışı qəbul etməsi ehtimalı yüksəkdir.
Savio “Mançester Siti”də daim start heyətində yer almır və bu da onun yaxın gələcəkdə komandadan ayrılacağı ilə bağlı şayiələri gücləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



