
“Real” keçmiş futbolçusunu qaytaracaq – Amma qışda yox
“Real” sabiq futbolçusu Nikolas Pası qış transfer pəncərəsində “Komо”dan geri qaytarmağı planlaşdırmır. Bundan əvvəl 21 yaşlı yarımmüdafiəçinin artıq yanvarda komandaya qayıdacağı bildirilirdi.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu” Pası qışda geri qaytarmaq niyyətində deyil. “Komо” A Seriyasında turnir cədvəlinin yuxarı pillələri uğrunda mübarizəni davam etdirmək üçün onu mövsümün sonunadək saxlamaq istəyir. Pasın özü də yayadək komandanı tərk etmək fikrində deyil.
“Real” yaxın həftələrdə argentinalı futbolçunun 2026-cı ilin yayında geri dönməsi üçün “Komо” ilə razılıq əldə etməyə çalışacaq. Pas 2023/24 mövsümündə Madrid təmsilçisinin heyətində çıxış edib.
Futbolçu bu mövsüm A Seriyasında keçirdiyi 12 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



