“Tottenhem” gözünü argentinalı qapıçıya dikib

“Aston Villa”nın qapıçısı Emiliano Martines “Tottenhem”in əsas transfer hədəflərindən birinə çevrilib.

Komanda.az “Mail Sport”-a istinadən xəbər verir ki, londonlular qış transfer pəncərəsində yeni qapıçı ilə güclənmək istəyir və argentinalı oyunçu klubun prioritet variantıdır.

“Tottenhem” rəhbərliyi hazırkı əsas qapıçı Qulielmo Vikarionun oyunun bəzi elementlərində yetərincə güclü olmadığını düşünür. Bu səbəbdən, Martineslə bağlı qəti addım atmaq planlaşdırılır.

33 yaşlı qolkiper yayda “Mançester Yunayted”ə keçməyə yaxın idi, ancaq “qırmızı şeytanlar” seçimlərini Senne Lammensdən yana etmişdilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button