“Qalatasaray”ın futbolçusu top-klubların hədəfinə çevrilib

“Qalatasaray”ın vingeri Leroy Sane Avropanın aparıcı klublarının diqqət mərkəzindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçuya yalnız Avropanın top-klubları deyil, həmçinin, MLS və Səudiyyə Ərəbistanı çempionatının, o cümlədən “Əl-Əhli”nin nümayəndələri də maraq göstərir. Bununla belə, “Qalatasaray” onu buraxmağa tələsmir.

Sane “Qalatasaray”a yayda “Bayern”dən keçib. O, Türkiyə klubunda bütün turnirlərdə 15 oyuna çıxaraq, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Almaniyalı futbolçunun “Qalatasaray”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button