“Qarabağ”ın rəqibi qış transferləri üçün 50 milyon avro ayıracaq

“Napoli” rəhbərliyi baş məşqçi Antonio Konte ilə yollarını ayırmağı planlaşdırmır.

Komanda.az “Sportmediaset”-ə istinadən xəbər verir ki, klub rəhbərliyi italiyalı mütəxəssisin uğur qazanması üçün komandanı gücləndirməyə hazırdır.

Prezident Aurelio De Laurentis qış transfer pəncərəsi üçün ən azı 50 milyon avro büdcə ayırmağı planlaşdırır. Məqsəd komandanın heyətini gücləndirərək, titul uğrunda mübarizəni davam etdirməkdir.

“Napoli” 11 turdan sonra A Seriyasında 22 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Konte ötən ilin yayında komandanın baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonunda başa çatacaq.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button