UEFA-dan “Liverpul” – “Real” matçında ləğv olunan penalti qərarı ilə bağlı açıqlama

UEFA-nın mətbuat xidməti Çempionlar Liqasının 4-cü turunda keçirilən “Liverpul” – “Real” oyununda baş hakim İştvan Kovaçın “kral klubu”nun qapısına penalti təyin etməməsinin səbəbini açıqlayıb.

30-cu dəqiqədə “Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslayinin zərbəsindən sonra top “Real”ın futbolçusu Orelyen Tçuameninin qoluna dəyib. Hakim əvvəlcə cərimə zərbəsi təyin etsə də, epizodu VAR vasitəsilə izlədikdən sonra qərarını dəyişib.

Komanda.az UEFA-nın açıqlamasını təqdim edir:

“Top “Real”ın oyunçusunun sol qoluna toxunub, amma həmin qol bədənə çox yaxın və təbii vəziyyətdə idi”.

“Enfild”də baş tutan qarşılaşma “Liverpul”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun yeganə qolunu Aleksis Makallister vurub.

“Liverpul” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button