“Mən elə bir qapıçı olmaq istəyirəm ki…” – “Mançester Yunayted”in yeni transferi

“Mançester Yunayted”in qapıçısı Senne Lammens son illərdə qolkiperlərə yönələn tənqidlər və klubdakı məqsədləri barədə fikirlərini bölüşüb. 23 yaşlı futbolçu yay transfer pəncərəsində İngiltərə klubuna keçib.

Komanda.az HLN-ə istinadən xəbər verir ki, belçikalı qolkiper növbəti 10 il ərzində “Mançester Yunayted”də qalmağı arzuladığını bildirib:

“Son illərdə qapıçılar haqqında çox səs-küy yaranıb, çoxlu mənfi fikirlər səslənib. Bu məni narahat etmir. Mən elə bir qapıçı olmaq istəyirəm ki, başqaları mənə baxıb nümunə götürsün. Arzum budur ki, növbəti on il ərzində bu klubda qalım, komandanın vacib üzvünə çevrilim və öz izimi buraxım. Bu, mənim uzunmüddətli məqsədimdir”.

O, həmçinin, azarkeşlərin dəstəyindən danışıb:

“Azarkeşlərin mənim adımı səsləndirməsi çox xoş idi. Xüsusilə, ilk oyunumdan sonra bu, böyük kompliment idi. Amma onların həyəcanına çox qapılmıram, hələ özümü tam sübut etməliyəm. Məni Peter Şmeyxel kimi əfsanələrlə müqayisə etmək üçün hələ çox yolum var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button