
“Qarabağ” bu göstəricidə Çempionlar Liqasında 2-cidir
UEFA Çempionlar Liqasının əsas mərhələsinin üç turundan sonra “Qarabağ” topu rəqibdən geri qaytarmaq baxımından üçlüyə yüksəlib.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi 150 dəfə topu geri qaytarmaqla iştirakçılar arasında ikinci yerdədir.
İlk üçlükdə həmçinin, Belçikanın “Union” (154) və İspaniyanın “Atletik” (Bilbao) (146) komandaları yer alıb.
Ən yaxın izləyicilər isə İngiltərənin “Nyukasl” (142), Danimarkanın “Kopenhagen” (132) və Almaniyanın “Borussia” (Dortmund) (129) komandalarıdır.
“Qarabağ” növbəti turda “Çelsi” ilə qarşılaşacaq. Həmin oyun noyabrın 5-də keçiriləcək və saat 20:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



