
“Qarabağ”ın rəqibinin futbolçusu İtaliya millisinə çağırılıb
“Napoli”nin müdafiəçisi Leonardo Spinazola İtaliya millisinə dəvət alıb.
Komanda.az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” məlumat yayıb.
Spinazola DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlar üçün İtaliya millisinin heyətinə daxil edilib. O, komanda yoldaşı Matteo Politanonu əvəzləyəcək. Politano dünən “Cenoa”ya qarşı keçirilən oyunda (2:1) zədələnib.
Oktyabrda İtaliya millisinin iki rəsmi oyunu olacaq. Cennaro Qattuzonun komandası bu ayın 11-də Estoniya, 14-də isə İsrail yığması ilə qarşılaşacaq.
“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



