Azərbaycan boksçusu Avropa üçüncüsü oldu

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin görüşləri başa çatıb.

Komanda.az xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin bir üzvü də qüvvəsini sınayıb.

81 kq çəkidə mübarizə aparan Murad Allahverdiyev üçüncü döyüşündə rusiyalı İlya Boqatıryovla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə, Allahverdiyev Avropa çempionatını bürünc medalla başa vurub.

Qitə birinciliyində oğlanların yarışına 37 ölkədən 213 boksçu qatılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button