
“Sumqayıt” amerikalı basketbolçu ilə anlaşıb
“Sumqayıt” növbəti transferini həyata keçirib.
Komanda.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi amerikalı basketbolçu Elayca Hatçins-Everetti heyətinə qatıb.
23 yaşlı oyuçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
211 sm boya malik basketbolçu mərkəz mövqeyində oynayır. 2021-ci ildə ABŞ-ın “Ostin Pi Qaverners” klubunda karyerasına başlayan Elayca 2 il sonra “Seton Holl Payrets” komandasına keçib. O, ötən mövsüm “Ceyms Meddison Dyuks” komandasının üzvü olub. Hatçins-Everett ötən mövsüm hər oyuna orta hesabla 11,4 xal və 5,9 ribaundla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



